İtaliya və Rusiya finalda, yığmamız İspaniyaya uduzdu

"Bakı-2015" I Avropa Oyunlarında çimərlik futbolu yarışları davam edir.

Newsport.az-ın məlumatına görə, ötən gün keçiriləcək yarımfinal oyunlarından sonra finalçılar müəyyənləşib.

Final uğrunda mübarizədə İtaliya İsveçrə, Portuqaliya isə Rusiya ilə qarşılaşıb. İtaliya İsveçrəni 7:4, Rusiya isə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək finala yükəlib. 

Buna qədər 5-8-ci yerlər uğrunda yarışlar keçirilib. Qrupda keçirdiyi bütün görüşlərdə uduzan Azərbaycan millisi bu gün İspaniya ilə qarşılaşıb. Bu görüşdən də məğlub ayrılan komandamız sabah 7-ci yer uğrunda mübarizə aparacaq. Millimizin rəqibi Macarıstan olacaq.  

Macarlara 4:2 hesabı ilə qalib gələn Ukrayna isə sabah 5-ci yer uğrunda görüşdə yığmamızı məğlub edən İspaniya millisi ilə qarşılaşacaq.

 



27 iyun
 
5-8-ci yerlər uğrunda

Ukrayna – Macarıstan - 4:2

İspaniya – Azərbaycan - 3:1
 


Yarımfinal

İtaliya – İsveçrə - 7:4

Portuqaliya - Rusiya - 1:2





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right