"Qarabağ"ın Kiyev "Dinamo"suyla oyunu da ləğv edildi

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın iyulun 6-da "Dinamo" (Kiyev) klubu ilə keçirəcəyi yoxlama görüşü baş tutmayacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı Ukrayna klubunun rəsmi saytı yayıb. Saytda həmin gün "Dinamo"nun Ağdam təmsilçisi ilə deyil, Polşa klubu "Legiya" ilə qarşılaşacağı vurğulanıb. "Qarabağ" iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Monteneqronun "Rudar" klubunu qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right