Yığmamız "Prezident kuboku" turnirində ikinci oldu

Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final oyununa çıxıb.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  İspaniya yığmasına qarşı keçirilən həlledici matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Qarşılaşma bu hesabla yekunlaşdığı üçün turnirin Əsasnaməsinə uyğun olaraq qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən ispaniyalı futbolçular 4:1  hesabı ilə qələbə qazanaraq “Prezident kuboku” turnirinin qalibi olub.

Millimiz isə ikinci pillə ilə kifayətlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right