Mövsümün sonunda baş məşqçi İbrahim Uzuncayla yollarını ayıran “Bakı” klubunda yeni məşqçilər korpusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, paytaxt klubunun yeni baş məşqçisi Novruz Əzimov təyin edilib. Onun köməkçiləri isə Qəhraman Əliyevlə Məqsəd Yaqubəliyev müəyyənləşdirilib. Aldığımız məlumata görə, bu təyinatlar klubun prezidenti Hafiz Məmmədovun şəxsi göstərişi əsasında həyata keçirilib.