"Qəbələ" və "Səbail" Azərbaycan Kubokunun 1/4 finalına yüksəldi Yenilənib

Bu gün Azərbaycan kubokunda 2021/2022 mövsümünə start verilib.

Newsport.az-ın məlumatına görə, 1/8 finalda bu gün iki matç keçirilib.

Əvvəlcə "Səbail" 1-ci divizion təmsilçisi "Zaqatala"nın qonağı olub. Paytaxt təmsilçisi 3:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Aftandil Hacıyevin komandası bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.

Günün digər matçında isə "Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib. Komanda 1/4 finalda  "Sumqayıt"a rəqib olub.  

Qeyd edək ki, 1/8 finalın digər 2 görüşü dekabrın 11-də oynanılacaq. Bu mərhələ 1 oyundan ibarət olacaq və qaləbə qazanan komandalar 1/4 finala yüksələcəklər.

10 dekabr 

Azərbaycan Kuboku

1/8 final

17:00. MOİK – “Qəbələ” - 1:2

Qollar: İlham Allahverdiyev, 34 (1:0), Rövlan Muradov, 55 (1:1), Ülvi İsgəndərov, 88 (1:2)

Qırmızı vərəqə: Elşən Veysov (MOİK), 75
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov
“Dalğa Arena”.

14:00. “Zaqatala” – “Səbail” - 1:3

Qollar: Mirsayib Abbasov, 48 (0:1), Roini İsmayılov, 57 (1:1), Əfran İsmayılov, 67-pen. (1:2), Mirsayib Abbasov, 90+2 (1:3)
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Rəhman İmami, Rəşad Əhmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

11 dekabr 
 
15:00. “Keşlə” – “Qaradağ Lökbatan”
Hakimlə
r: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
ASK Arena

18:00. “Sabah” – “Kəpəz”
Hakimlər:
 Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Bank Respublika Arena

 

1/4 final cütlükləri

2 fevral

"Zirə" - "Səbail"

"Sumqayıt" /MOİK - "Qəbələ" cütünün qalibi

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right