Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" klubu ilə qarşılaşacaq "Qəbələ" səfər matçında dəstəksiz qalmayacaq.
Newsport.az-ın məlumatına görə, Azərbaycandan xeyli sayda azarkeşin Tblisi klubu ilə səfər matçında komandaya dəstək verməsi gözlənilir.
"Sector 11" azad azarkeş qrupu da iyulun 2-də keçiriləcək "Dinamo" - "Qəbələ" matçı üçün Gürcüstana getməyi planlaşdırır.