Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” Avstriyada hazırlıqlarını davam etdirir.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt klubu ikinci yoxlama matçını keçirib.
Albaniyanın “Kukesi” klubu ilə qarşılaşan təmsilçimiz rəqibinə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk yoxlama matçında Macarıstanın MTK klubu ilə qarşılaşan “Neftçi” 0:3 hesabı ilə uduzub.