Bu gün “Bakı-2015” I Avropa Oyunlarında çimərlik futbolu yarışlarına start verilib.
Newsport.az-ın məlumatına görə, açılış oyunu B qrupunda keçirilib.
Burada İspaniya və İtaliya yığmaları üz-üzə gəlib. Bu matçda İspaniya penaltilər seriyasında 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan yığması isə A qrupunda mübarizə aparıb. Komandamız Ukrayna ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.
24 iyun
Çimərlik futbolu
A qrupu
17:30. Portuqaliya – İsveçrə - 6:5
20:30. Ukrayna – Azərbaycan - 3:1
B qrupu
16:00. İspaniya – İtaliya - 1:1 (penaltilər seriyası: 3:1)
19:00. Macarıstan - Rusiya - 3:5