"Zirə" FK heyətini gücləndirməkdə davam edir.
Newsport.az-a klubun mətbbuat xidmətindən verilən məlumata görə, daha iki futbolçu ilə müqavilə imzalanıb. Hacı Əhmədov və Tellur Mütəllimov "Zirə"nin formasını geyinəcək. Hacı Əhmədovla müqavilənin müddəti 1+1 il şərtiylədir. Tellur Mütəllimov isə "Qəbələ"dən bir il müddətinə icarəyə götürülüb.