2015/2016 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ" sabah yoxlama oyununda qüvvəsini sınayacaq.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Roman Qriqorçukun komandası Bakı "İnter"i ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.