17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Belarusla qarşılaşan millimiz 3:1 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub.
Millimiz turnirdə növbəti oyununu sabah - iyunun 23-də, Bakı vaxtı ilə saat 12:00-da Rusiya-2 yığmasına qarşı keçirəcək.
affa.az