İndoneziya mətbuatı: "Şahruddin 44 seyvlə buraxılan qolların sayını minimuma endirə bildi"

İndoneziya mətbuatı DÇ-2022-nin seçmə mərhələsinin Avropa zonasında çıxış edən milli komandaların ən yaxşı qapıçıları haqda yazıb.

Newsport.az xəbər verir ki, İndoneziyada Azərbaycan millisinin qapısını Şahruddin Məhəmmədəliyevin seyvləri də qeyd edilib.

“IDN Times” millimizin kiperi barədə bunları yazıb: "Azərbaycan millisi Dünya çempionatının seçmə mərhələsinin Avropa zonasında Serbiya, Portuqaliya, İrlandiya və Lüksemburqla eyni qrupda mübarizə aparırdı. Bütün matçların sonunda Azərbaycan cəmi 1 İrlandiya ilə heç-heçə edərək, cəmi 1 xal qazana bildi. Belədə, qrupu sonuncu pillədə başa vurdular. Qrupdakı məğlubiyyətlərə baxmayaraq, Şahruddin Məhəmmədəliyev 44 əla seyvi ilə buraxılan qolların sayını minimuma endirə bildi. Ümumilikdə, “Qarabağ”ın qapıçısı qrupda keçirdiyi oyunlarda 18 qol buraxdı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right