"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kössen qəsəbəsində məskunlaşan komandamızın bugünkü çalışması yerli vaxtla 19:00-da (Azərbaycan vaxtıyla 22:00) baş tutdu.
Daha öncədən qeyd etdiyimiz kimi hazırda Avsriya-Almaniya sərhədində yağışlı hava şəraiti hökm sürür. Belə də komandamız səhər yenə də fitnes zalında məşqlə kifayətlənib.
Bu arada legionerlərmiz də düşərgəyə qoşulmaqda davam edir. Dünən Riçard Almeyda və Reynaldo komandamıza qoşulmuşdusa bugün yay "pəncərə"sindəki ilk əcnəbi transferimiz Alharbi Jadeyaoui də bugün səhər saatlarından komandamızın düşərgəsindədir.
Elə axşam çalışmasında əlcəzair əsilli fransız da iştirak etdi. 90 dəqiqəyə yaxın davam edən çalışma daha çox fiziki yüklənməyə əsaslanmışdı.
Sabaha komandamızın 2 məşqi nəzərdə tutuldu.