"Neftçi" Macarıstan klubuna böyük hesabla məğlub oldu

Avstriyada təlim-məşq toplantısında olan "Neftçi" ilk yoxlama matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" Macarıstanın MTK klubu ilə üz-üzə gəlib. 

Üç qolun vurulduğu qarşılaşmada "Neftçi" məğlub olan tərəf olub. Belə ki, macarlar hissənin başa çatmasına 1 dəqiqə qalmış Torgelle (44) və Kantenin (45) qolları ilə yarını 2:0 hesabı ilə qapayıblar.

İkinci yarıda Szatmarın qolu ilə fərqi 3-0-a çatdıran MTK matçı da elə bu hesbla qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right