Ruslan Abışov “Qəbələ”dən getdi

Millinin yarımmüdafiəçisi Ruslan Abışov bu gün "Qəbələ"ylə rəsmən yollarını ayırıb. 

Newsport.az-ın məlumatına görə, Ruslan bu qərara klubun baş məşqçisi Roman Qriqorçukla söhbətdən sonra gəlib. Klub onun çıxış etdiyi mövqeyə güclü legionerlər gətirəcəyini bildirib, Ruslan əsas heyətdə ona daimi yer olmayacağını anlayıb və "Qəbələ"dən getmək qərarına gəlib.

Bu barədə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "atv.az" saytına açıqlama verib: 

"Bircə onu deyə bilərəm ki, bu gün rəsmən Ruslanla vidalaşdıq. Onun hansı klubla müqavilə bağlayacağını bilmirəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right