Türkiyə 1-ci divizonunda 11-ci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” Vüsal İsgəndərlinin komandası olan "Keçiörengücü" ilə üz-üzə gəlib.
Matç bursalıların 2:0 hesablı qələbəsilə yekunlaşıb. Futbolçularımızın hər ikisi start heyətində meydana daxil olub. Namik 73, Vüsal isə 74-cü dəqiqədə əvəzlənib.
“Bursaspor” 11 turdan sonra 14 xalla 19 kollektiv arasında 7-ci, “Keçiörengücü” isə 7 xalla 18-ci pillədə qərarlaşıb.