"Qarabağ" Avstriyaya getdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” klubu vətəni tərk edib.

Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası bu gün təlim-məşq toplanışı keçmək üçün Avstriyaya yola düşüb. Qarabağlılar Bakıdan İstanbula, ordan Münhenə, Almaniyadan isə Avstriyaya gedəcəklər.

“Qarabağ”ın vətənə nə vaxt dönəcəyi isə püşkatmanın nəticəsindən aslı olacaq. Belə ki, iyunun 22-dəki püşkatmaya əsasən Ağdam klubu ilk oyunun səfərdə keçirməli olarsa toplanış müddəti uzadılacaq və komanda səfər oyununa məhz Avstriyadan yola düşəcək. Əks təqdirdə isə vətənə dönərək oyun hazırlığını Bakıda davam etdirəcəklər.

“Qarabağ” Avstriyada 3 yoxlama oyunu keçirməyi planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right