"Elə bil ki, öz komandama qayıtdım"-Vüqar Nadirovun

"Elə bil ki, öz komandama qayıtdım. Mənim ikinci komandam kimidi. Axı "Xəzər"də oynamışam".

Bu sözləri Newsport.az-a açıqlamasında Xəzər Lənkaranın yeni transferi Vuqar Nadirov deyib.Vorvard daha sonra bunları deyib:"Burda kuboku götürmüşəm, çempion olmuşam. "Xəzər"də yaxşı təəssüratlarım olub.Əlimdən gələni edəcəm ki, "Xəzər" azarkeşlərini sevindirim.İn şə ALLAH inansaq, hər şey alınacaq.Baş məşqçi Yunis Hüseynovun başçılığı altında işləmək də xoşdu,Yunis müəllimlə də görüşüm olub".

Nadirov daha sonra Qarağdan ayrılmasının səbəbinİ də açıqlayib:"Qarabağ"dan kimi komandadan ayrılmaq istəmirdim. Açığı mənim üçün çox çətin oldu bu qərarı vermək,Qismət belə imiş, neyləmək olar?6-7 il bu komandada oynamışam.Az müddət deyil.Çempionlar Liqasında da "Qarabağ"a azarkeşlik edəcəm."Qarabağ" uğrunda əməyim az olmayıb.Halallıq versələr də, sağolsunlar verməsələr də. Mən öz halallığımı verirəm onlara."Qarabağ"dan ayrılmağıma pul səbəb olmayıb. Qurban müəllimlə söhbətimiz oldu.Qurban müəllim də üstümdə çox əziyyəti var. Bunu dana bilmərəm.Pul məsələsi deyil,sırf oynamamaq məsələsidi."Qarabağ"dan ayrılmağımın səbəbi maliyyə yox, oynamamaq msələsidi"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right