Saytımızda gedən özəl xəbər rəsmi təsdiqini tapıb belə ki,"Qarabağ"dan ayrılan Vüqar Nadirovun "Xəzər Lənkəran" klubuna keçidi rəsmiləşib.
Bu barədə Newsport.az-a təcrübəli hücumçu özü məlumat verib.
Millimizin üzvü bu dəqiqələrdə cənub təmsilçisi ilə iki illik müqavilə imzalayıb. O, yeni komandasında da "Qarabağ"da və milli komanda da olduğu kimi 17 nömrəli forma geyəcək.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Nadirov 2005-2007-ci illərdə də "Xəzər Lənkəran"ın şərəfini qoruyub.