Elxan Məmmədov millinin üzvləri ilə görüşdü FOTOLAR

Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov çimərik futbolu üzrə Azərbaycan milli komandası ilə görüşüb.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş katib "Bakı-2015" Birinci Avropa Oyunlarında iştirak edəcək millimizə AFFA-nın prezidenti Rövnəq Abdulayevin adından uğurlar arzulayıb və qeyd olunub ki, belə bir möhtəşəm idman tədbirində çıxış etmək qürurvericidir.

Milli komandanın baş məşqçisi Jose Miguel Mateus və kapitan Emin Kürdov çıxış edərək mötəbər yarışda mübarizə aparmağın böyük şans olduğunu bildiriblər və yaxşı nəticə qazanmaq üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər.

Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və baş katib Fərid Axundov görüşdə iştirak edib.

Xatırladaq ki, millimiz "Bakı-2015" Birinci Avropa Oyunlarında A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna komandaları ilə mübarizə aparacaq.


 

 

 

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right