Mahir Emrelinin baş məşqçisi istefaya göndərilir?

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) baş məşqçisi Çeslav Mixneviçlə yolları ayırmağı planlaşdırır.

Newsport.az xəbər verir ki, bu barədə Polşa mətbuatında məlumatlar yayılıb. Ölkə çempionatında ardıcıl 4-cü məğlubiyyətin klub rəhbərliyinin narazılığıa səbəb olduğu bildirirlib. Qeyd olunub ki, Mixneviçin klub rəsmiləri ilə münasibətlərinin qaydasında olmaması da Varşava təmsilçisinin onu göndərəcəyinə zəmin yaradır.

Mixneviçin göndəriləcəyi təqdirdə onu əvəzləyəcək şəx də artıq müəyyənləşib. Rəhbərlik Mixneviçin hazırkı köməkçisi Pşemislav Maleçkinə ən azı mövsümün sonuna qədər şans verə bilər. 

Qeyd edək ki, “Legiya” 12 turdan sonra cəmi 9 xalla Polşa çempionatında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right