Klub məşqlərini davam etdirir.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qəbələ" klubu məşqlərini Türkiyədə davam etdirir. Klub bu gün ikinci yoxlama oyununu keçirəcək. Rəsmi saytında yaydığı xəbərə görə "ağ-qara"lar həvəskarlar liqasında çıxış edən "Aşkalaspor" klubu ilə yoxlama matçı keçirəcək. Oyun Bak vaxtı ilə 20:00-da başlayacaq.
“Qəbələ” Türkiyədəki ilk yoxlama oyununda Ərzurumun U-21 komandası ilə qarşılaşmışdı. Komandamız həmin matçda Aleksey Qayın dublu ilə 2:1 hesablı qələbə qazanmışdı.