Elmar Baxşıyev: "Süni ot örtüyündə oynamağa öyrəşməmişik"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Keşlə"ni 3:2 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev açıqlama verib:

"Çətin səfər oyunu olacağını bilirdik. Süni ot örtüyündə oynamağa öyrəşməmişik. Amma komanda məni razı saldı. İstədiklərimizi meydanda edə bildik. Futbolçuların oyunundan məmnunam. Düşünürəm ki, daha yaxşı ola bilərik. İnanıram ki, yaxşı səviyyəyə qalxacağıq. Ülvi İsgəndərlinin yanaşmasından razıyıq. Bu gün meydanda ən yaxşısını etməyə çalışır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right