AZAL klubu yay transfer pəncərəsi dövründə ilk transferini reallaşdırıb.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son mövsümü Türkiyənin "Giresunspor" komandasında keçirmiş Ayaz Mehdiyevlə rəsmi müqavilə imzalanıb.
Ayaz Mehdiyev yeni klubu ilə 1+1 il prinsipli müqaviləyə qol çəkib.