"Hayduk"da qalmaq təklifini qəböul etməyən Ruslan Qurbanov "Neftçi" rəhbərliyi ilə görüşüb.
Newsport.az-ın məlumatına görə, millinin hücumçusu məxsus olduğu "ağ-qaralar"la da yollarını birdəfəlik ayırmaq istədiyini bildirib.
Klubun icraçı direktoru Elnur Məmmədovla bir araya gələn forvard "Neftçi"dən ayrılmaq fikrində olduğunu bildirib. Və xahiş edib ki, ona münasib qiymət qoysunlar və başqa bir komandaya azad agent kimi keçməsinə şərait yaratsınlar. O, qərarını dəyişməyəcəyini xatırladıb.