"Qarabağ" çoxsaylı gedişlərdən sonra heyətini gücləndirmək istəyir.
Newsport.az-ın məlumatına görə, ötən gündən etibarən mətbuatda "Lans"ın üzvü Alharabi El Jadeyaouininin "Qarabağ"a keçidi barədə xəbərlər yayılıb. Artıq futbolçunun Bakıya gəldiyi də deyilir. Bu transfer barədə klubun rəsmisi olan Asif Əsgərov saytımıza açıqlama verib:
"Hələ konkret olaraq biz şey yoxdur. Danışıqlar gedir, futbolçuda bunun üçün Bakıya gəlib. Razılaşsaq müqavilə imzalanacaq. Ancaq hələ dəqiq heç bir şey yoxdu"