“Legiya” azarkeşləri Polşa çempionatının 9-cu turu çərçivəsində “Rakov”a(2:3) qarşı keçirilən görüşündə iştirak edən futbolçuların çıxışını dəyərləndirib.
Newsport.az xəbər verir ki, Legia.net saytındakı səsverməyə əsasən legionerlər arasında ən yaxşı futbolçu məhz Mahir Emreli seçilib.
O, səslərin 6,53 faizini toplayıb. Polyak azarkeşlər Mahirin vurduğu baxımlı qolu və dirəkdən qayıdan qol epizodunu xüsusi vurğulayıblar. Bununla yanaşı “Legiya” azarkeşləri Mahirin qaçırdığı 100 faizli qol epizodunu da unutmayıblar. Buna rəğmən, onlar komandanın yeni transferini “Rakov”la matçın ən yaxşı legioneri seçiblər.