"Qəbələ"nin Türkiyədə ilk rəqibinə aydınlıq gəldi

2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 4-cü gününü iki məşqlə başa vurub.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun komandası həm topla məşq edib, həm də taktiki hazırlıq üzərində də çalışıb.

Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib. Milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.

“Qəbələ”nin Ərzurum toplanışı çərçivəsində ilk yoxlama oyunununda üz-üzə gələcəyi rəqib müəyyənləşib. “Qırmızı-qaralar” iyunun 15-i Ərzurumun U-21 komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right