"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırdı

Ağdam klubu futbolçuları göndərməkdə davam edir.

Newsport.az-ın məlumatına görə, "Qarabağ" albaniyalı müdafiəçisi Admir Teli ilə yeni müqavilə imzalamayıb. Müdafiəçi klubun təklif etdiyi şərtləri qəbul etməyib. Beləliklə klub ilə onun arasında müqavilə imzalanmayacaq. 

Bundan əvvəl isə "Qarabağ"dan Muarem Muarem "Əskişəhərspor"a transfer olunmuşdu. Şəhriyar Əliyev "Kəpəz"ə icarəyə verilmişdisə, Vüqar Nadirov və Leroy Corc ilə isə müqavilə qarşılıqlı anlaşma nəticəsində sona çatmışdı.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right