Newsport.az-ın məlumatına görə, komandamız təlim-məşq toplanışını Türkiyədə keçirir. Komanda taktiki hazırlıqlar üzrə hazırlıq keçir. Son məşqdə Dodo, Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib. Milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Elvin Camalov məşqlərdə iştirak etməyib.