“Qəbələ”nin əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu vəzifəyə Ramin Quliyev təyin edilib.
Hazırda Ərzurumda - əsas komandanın düşərgəsində olan Ramin Quliyev təyinatı ilə bağlı fikirlərini klub saytına açıqlayıb:
"Artıq üçüncü ildir ki, "Qəbələ"də çalışıram. Daha öncə akademiyanın U-12 və U-17 komandalarına rəhbərlik etmişəm. Artıq əvəzedici komandaya təyinatım rəsmiləşib. Bu isə daha böyük məsuliyyət deməkdir. Əsas komanda ilə birbaşa əlaqəli işləməli, akademiya və əsas komanda arasında möhkəm körpü rolunu oynamalıyıq. Hazırda əsas komandanın düşərgəsindəyəm. Bura gəlməkdə məqsəd əsas komandanın iş prinsipi, məşq proqramı və digər vacib məqamlarlarla əyani tanış olmaqdır. Məşqləri izləyir, lazımi qeydləri aparır və baş məşqçi Roman Qriqorçukdan məsləhətlər alıram. Məqsədimiz futbolçuların əvəzedici komandadan əsas komandaya keçərkən oyun planında çətinlik çəkməməsi, kollektivə tez uyğunlaşmasıdır. İnanıram ki, bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyəm və mənə olan inamı doğruldacağam".