Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində səfərdə Norveçlə matçda 0:0 hesablı heç-heçə əldə elədi.
Newsport.az-ın məlumatına görə, görüşdən sonra yığmanın qapıçısı Kamran Ağayev açıqlama verdib.
Təcrübəli qolkiper komandanın yaxşı oynadığını və bu yüksəlişin davam edəcəyini bildirdi:
"Bu gün özümü oyuna tam hazır hiss edirdim. Serbiya ilә oyunda özümdә deyildim, ancaq bu dәfә hәr şey yerindәydi. Komanda çox yaxşı oynadı. Səfərdə Norveçdәn xal almaq böyük işdir.
"Elә bil, İsraillә oyun (Ötən seçmə mərhələdəki görüşlər - 1:1 vә 1:1) kimi oldu. İnşallah, komandanın bu yüksәlişinin ardı gәlәcәk. Bütün xalqımızı tәbrik edirәm".
Kamran Ağayev 90 dəqiqə meydanda olub.(FutbolPress.az)