Vobay: "Neftçi"dən AFFA-ya şikayət edəcəm"

"Neftçi”nin Syerra-Leonedən olan yarımmüdafiəçisi Julius Vobay ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Vobay müsahibəsində "Neftçi”də vəziyyətin acınacaqlı olduğun bildirib:

"Neftçi”də maliyyə durumu ürəkaçan deyil. Bu səbəbdən də 4 aydı nə maaşımızı alırıq, nə də mükafatı. İnanıram ki, "Neftçi” borcumu ödəyəcək. Əks təqdirdə, öncə AFFA-ya şikayət edəcəm. Klubla yeni müqavilə imzalamaqdan imtina etdim. Belə vəziyyətdə orda qala bilməzdim. Hətta bütün borcları versələr belə, "Neftçi”yə qayıtmaq fikrində deyiləm”.

Vobay 2012-ci ildən "Neftçi”də çıxış edir. O, 2014/15 mövsümündə 27 oyun keçirib, 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right