"Qəbələ" klubunda baş məşqçi dəyişikliyi baş verib.
Newsport.az yazdıqı özəl xəbər öz təsdiqini tapıb,beləki "Qəbələ"nin əvəzedici heyətinin çalışdırıcısı Luis Araqon istefaya göndərilib. Daha doğrusu, müqaviləsi başa çatan ispan mütəxəssislə yeni sözləşmə uzadılmayıb.
Luis Araqon 2012-ci ilin iyunundan "Qəbələ"də çalışırdı. Onun yerinə isə komandaya baş məşqçi Ramin Quliyev təyin edilib. Ramin Quliyev daha əvvəl “Qəbələ”nin aşağı yaş qruplu komandasının baş məşqçisi idi.