Daha bir futbolçu "Xəzər Lənkəran"dan getdi

"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, komandanın qapıçısı Vyakeslov Tomiç klub rəhbərliyinə getmək istədiyini bildirib. Cənub klubu isə xorvatiyalının bu qərarına qarşı gəlməyib və onunla yollar ayrılıb.

Yeni mövsümdən etibarən "ağ-yaşıllar"ın qapısını Orxan Sadıqlı və Tərlan Qasımzadə qoruyacaq. Hazırda "İnter"dən ayrılan Səlahət Ağayevlə danışıqlar gedir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right