I divizionun son qalibi 2 transfer edib.
Newsport.az-ın məlumatına görə, "Neftçala" yeni mövsüm üçün iki futbolçu ilə heyətini gücləndirib. Baş məşqçinin istəyi ilə "Ağsu"nun qapıçısı Əli Həsənov və "Rəvan"dan Elgün Abbasov Neftçala təmsilçisinin heyətinə qoşulub.
"Neftçala" 2015/2016-cı il futbol mövsümünü I divizionda keçirəcək.