Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ"ın vəzifəsindən kənarlaşdırılan sabiq mətbuat xidməti rəhbəri Nurlan İbrahimovun şikayətini nəzərdən keçirəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə qurumun saytı məlumat yayıb. İbrahimov Vətən müharibəsi zamanı öz Feysbuk səhifəsində etdiyi paylaşıma görə UEFA tərəfindən ömürlük futboldan uzaqlaşdırılıb. Lakin o, buna etiraz edərək CAS-a şikayət ərizəsi göndərib. İdman Arbitraj Məhkəməsinin isə Nurlan İbrahimovun bu şikayətinə baxacağı bildirilib. Məsələ ilə bağlı dinləmə oktyabr 8-də olacaq.
Qeyd edək ki, UEFA İbrahimovu vəzifəsindən kənarlaşdırmaqla yanaşı "Qarabağ"ı da 100 min avro cərimələyib.