"İnter"dən ayrılan Asif Məmmədovun "Qəbələ"yə keçəcəyiylə bağlı xəbər vermişdik.
Newsport.az-ın aldığı məlumata görə, Asif fikrini dəyişib. İş ondadır ki, artıq Məmmədovu "Qəbələ"ylə yanaşı "Xəzər Lənkəran" da istəyir. Bu səbəbdən də, Asif gözləmə mövqeyi seçib. Böyük ehtimalla, hansı klub daha çox pul təklif etsə, Məmmədov o komandanı seçəcək.