Mövsümlərarası fasilədə komandanın baş məşqçi postunda dəyişiklik edən “Xəzər Lənkəran” aktiv transfer fəaliyyətinə başlayır.
Newsport.az-a etibarlı mənbəədən daxil olan məlumata görə,komandanın sükanı arxasına keçən Yunis Hüseynov komandanın zəif çıxışı səbəbindən ev oyunlarında stadiona gəlməyən azarkeşləri yenidən tribunalara qaytarmaq üçün heyəti səviyyəli yerli və əcnəbi futbolçularla gücləndirmək niyyətini açıqlayıb. Onun bu təklifini dəktəkləyən rəhbərlik klubun bütün maliyyə imkanlarını tam olaraq bu istiqamətə yönəltməyə razılıq verib.
Beləliklə millmizin və "Boluspor" oyunçusu Vaqif Cavadovda baş məşqçinin tarnsfer siyahsında yer alıb.Verilən məlumata görə,Cavadov bu yaxın günlərdə lənkaranlıların heyyətinə qoşulacağı gözlənilir.