Zirədə azarkeşlər stadiona buraxılmadı FOTO

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Zirə” “Qarabağ”ı qəbul edir.

Newsport.az-ın məlumatına görə, matçda komandalarını dəstəkləmək üçün Zirə İdman Kompleksinin stadionuna gələn bir qrup “Qarabağ” azarkeşi içəri buraxılmayıb. Buna səbəb, stadiona ümumi tutumun 30 faizi qədər izləyici buraxılmasıdır.

Zirə stadionunda yalnız bir tribuna olduğundan buraxılan azarkeş sayı da az olub.

Ağdam klubunun tribunaya qalxa bilməyən fanatları əvvəlcə stadionun kənarından komandalarına dəstək olsalar da, daha sonra həmin yeri tərk ediblər.

İlk hissəsi davam edən qarşılaşmada hesab açılmayıb – 0:0.

 

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right