«Neftçi»nin prezidenti Kamran Quliyev baş məşqçi Samir Abasovdan narazılıq edib.
Newsport.az-ın məlumatına görə, klub rəhbəri çalışdırıcının ona olan münasibətindən şikayətlənib. Belə ki, Quliyev komandanın çempionluq əldə etməsindən sonra Abasovun çox dəyişdiyini bildirib:
«Əvvəl belə deyildi. İlk vaxtlar mənə deyirdi ki, nə yaxşı, mənə güvəndiz, başqası olsaydı, bu şansı verməzdi. İndi isə o, tamam başqa adamdır.
Elə fikirləşir ki, çempionluq tək özünün xidmətidir. Komandanın nəticə qazanması üçün gördüyümüz işləri yadına salmaq istəmir. Hər mətbuat konfransında transferlərin olmamasından şikayətlənir.
Axı indiyədək ona nə nə qədər futbolçu təklif edilib, çoxunu bəyənməyib. 7-8 tanınmış futbolçu olub, onları da istəməyib.
Biz daha nə edək? Azarkeşi üstümüzə qaldırır, futbolçuların yanında özünü elə aparır ki, sanki komandanın bugünə düşməsində günahkar bizik».
Sportinfo.az