"Neftçi" - "Qəbələ" matçına giriş biletsiz olacaq

"Neftçi" Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində bu gün doğma meydanda "Qəbələ"ni qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, qarşılaşmaya giriş biletsiz olacaq. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Azarkeşlərin tribunalara buraxılması ilə bağlı qərar gec verildiyinə görə, bu matça bilet satışı həyata keçirilməyəcək.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right