Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşdi.
Newsport.az-ın məlumatına görə, mərasim 18 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
I Divizionda yeni mövsüm sentyabrın 13-də start götürəcək.