"Neftçi" Namiqə görə qardaş dediyi klubu məhkəməyə verəcək

"Neftçi" futbolçusu Namiq Ələsgərovun Türkiyənin "Bursaspor" klubu ilə müqavilə imzalaması ilə bağlı bəyanat yayıb.

Newsport.az-ın məlumatına görə, bəyanatda bildirilir:

"Futbolçumuz Namik Ələskərovla bağlı “Bursaspor” klubunun rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas alaraq “Neftçi” PFK futbolçusu Namik Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib".

"Bursaspor" 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin transferini bu gün açıqlayıb. Ələsgərov 2017-ci ildə "Qarabağ"dan "Neftçi"yə keçmişdi. O, ötən mövsüm 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

 

2019-cu ildə “Neftçi” ilə Türkiyənin “Bursaspor” klubları arasında qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi imzalanmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right