"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov komandanın məşqini izləyib, məşqçi və futbolçu heyəti ilə görüşüb.
Newsport.az-ın məlumatına görə, Orxan Məmmədov Premyer Liqanın ilk turunda "Qarabağ"a qarşı oyunda və yeni mövsümdə komandaya uğurlar arzulayıb:
"İlk iki turda komandamızı çempionatın favoritləri "Qarabağ" və "Neftçi"yə qarşı maraqlı oyunlar gözləyir. Komandamıza güvənirəm və mövsümün sonunda qarşıya qoyulan məqsədə çatacağımıza inanıram".






