Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.
Newsport.az-ın məlumatına görə, açılış matçında “Sabah” evdə “Səbail”i qəbul edib. “Bank Respublika Arena”da keçirilən görüşdə qonaqlar qalib gəlib - 1:0.
Günün digər matçında ölkə kubokunun son qalibi “Keşlə” evdə “Sumqayıt” ilə qarşılaşıb. Bu görüşdə də meydan sahiblər məğlub olub - 0:2.
Turun digər 2 oyunu sabah keçiriləcək. Son çempion “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Ötən mövsümün gümüş mükafatçısı “Qarabağ” “Zirə”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası, 1-ci tur
14 avqust
20:30. “Keşlə” – “Sumqayıt” - 0:2
Qollar: Rəhim Sadıxov, 83,89
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
“ASK Arena”
18:30. “Sabah” – “Səbail” - 0:1
Qol: Yurqen Qoxa, 30
Qırmızı vərəqə: Coy-Lens Mikels, 92+3-iki sarı vərəqə ("Sabah")
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
“Bank Respublika Arena"