"Qəbələ"də yeni titul sponsoru

“Qəbələ” İdman Klubu Azərbaycanın daha bir tanınmış markası ilə əməkdaşlığa başlayır.

Newsport.az-ın məlumatına görə, tikinti materialları sektorunda liderlərdən olan “Gilan&Knauf” brendi komandanın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Gilan&Knauf” arasındakı sponsorluq razılaşması 1 il müddətinə imzalanıb. Anlaşmaya əsasən, əsas komandanın oyun formalarının ön hissəsində “Gilan&Knauf” brendinin loqosu əks olunacaq. 

“Gilan&Knauf”un əsası “Gilan Holdinq” və “Knauf Gips AG” tərəfdaşlığı ilə 2006-cı ildə qoyulub. “Gilan&Knauf” tikinti materialları sahəsində Azərbaycanda lider şirkətlərdəndir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right