Tahir Gözəl: "Çox açıq görürəm ki, hücumçuya ehtiyacımız var"

"Qarabağ" Avropa Konfans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiprin AEL klubunu 1:0 hesabı ilə məğlub edərək pley-off-a yüksəlib.

 

Newsport.az-ın məlumatına görəmatçdan sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözel jurnalistlərin suallarını cavablandırıb:

 

Həyəcan keçirdiyim dəqiqələr çox oldu. Çünki bu, Qarabağın azad edilməsindən sonra ilk Avropa çıxışımızdı. "Qarabağ" klubunun əvvəllər fərqli missiyası var idi, indi fərqli missiyası var. Bu oyun mənim üçün çox vacib idi. Mənəvi dəyərləri çox üstün idi. Siz bilirsiz nəyi nəzərdə tuturam. Ona görə də çox sevindim. Sona doğru oyun canlandı və "Qarabağ" təcrübəsi hesabına qələbə qazandı. Çox sevindirici haldı ki, biz yolumuza davam edirik. Artıq Avropada Qarabağın sahibləri olaraq çıxış edirik. Bu, çox dəyərlidi. Həm də Covid-19-dan, boş tribunalarda oynamaqdan yorulduq. Bu gün stadionda 15 min nəfər azarkeş var idi. Bir il yarımdı biz buna həsrət qalmışdıq. Bu gün dadına doyduğumuz bir futbol hadisəsi yaşadıq. Düzdü, oyuna baxanda çox açıq görürəm ki, forvarda ehtiyacımız var. Qələbə qazandığimıza görə əsl futbol bayramı yaşadıq. 


- "Qarabağ" hamını qrup mərhələsinə öyrəşdirib. Bu xoş ənənə davam edəcək?
- İnşallah. Görürsüz ki, dünyada futbol hər il çətinləşir. Klubların büdcələri böyüyür. Bir neçə gün əvvəl Qurban Qurbanovla iclasda idik. Doğrudan da futbol peşəsi hər gün çətinləşir. Neçə vaxtdı istəyirik ki, yaxşı hücumçu alaq. Amma çox böyük çətinliklər çəkirik. Bütün bunlara baxmayaraq düşünürəm ki, "Qarabağ" oyunçuların keyfiyyəti ilə, həm də yeni qoşulan futbolçularımızla qrup mərhələsinə vəsiqə qazanacaq. 

 

- Stadionun vəziyyəti komandanın oyununa təsir göstərir. Bunu düzəltmək mümkün deyil?
- Həqiqət budu ki, stadionun vəziyyəti heç də yaxşı deyil. Burada drenajlar çatışmır. "Qarabağ"ın öz stadionu Azərbaycanda ən gözəl stadiondu. Amma təəssüf ki, bizdə parkinq imkaarı və digər lazımi imkanlar olmadığı üçün oyunlarımızı orada keçirə bilmirik. Tofiq Bəhramov adına Respublika Stadionuna dövlət tərəfindən maliyyə ayrılıb mütləq düzəliş etmək lazımdı. 


- Növbəti mərhələdə başqa stadionda oynamaq ehtimalı var?
- O barədə məsləhətləşməmişik.


- Premyer Liqa başlayır. "Qarabağ" bu heyətlə çempionluq uğrunda mübarizə aparacaq?
- Mütləq. Biz iddialıyıq. Yaxşı komandamız var. Qurban Qurbanovun məsləhəti ilə doğru transfer edəcəyik. Bir hücumçu əksikliyimiz var. Onu da tamamlasaq, tam inanıram ki, çempionluq üçün ciddi namizədik. 


- Kiprdə artıq neçənci dəfədir ki, Azərbaycan klublarına, əsasən də "Qarabağ"a qarşı təxribat olur. Bununla bağlı UEFA-ya hər hansı şikayətiniz olub?
- Bu, çox üzücü bir hadisədi. Əslində utanılacaq bir şeydi. Mən onları bilmirəm, bizim kültürümüzdə qonaq müqəddəsdi. Onların prezidenti bura gələndə biz onu ən gözəl şəkildə qarşıladıq. Hər ölkə öz səviyyəsinə cavabdehdi. Onların cavabını meydanda verdik. Məncə ən gözəl cavab budu. Klub olaraq elə şeyləri çox da ciddiyə almadıq. Qarşı tərəf deyir ki, biz çox dərin mədəniyyətdən, yunan mədəniyyətindən gəlmişik. Amma onlardan heç bir əlamət qalmayıb. Biz yolumuza davam edirik. 


- Ağdama nə vaxt qayıdacaqsız?
- Hələ elə bir planımız yoxdu. Bu, dövlət siyasətidi. "Qarabağ" azad olunub. Amma oraların bərpası, infrastrukturun qurulması hələ vaxt aparacaq. Bizim üçün bu barədə dövlətin göstərişləri önəmlidi. Orada bu gün stadiondan daha vacib ehtiyaclarımız var. 

 

- "Qarabağ" klubunun ən böyük hədəfi nədi?
- Bizim hədəfimiz öz gənclərimizi yetişdirməkdi. Komandamızda 160 yerli oyunçu var. "Qarabağ" klubu deyəndə bu 20 nəfəri düşünməyin. Öz yetirmələrimizi oyunda görmək istəyirəm. Bu, mənim prezident kimi arzumdu. Qurban Qurbanovla bu barədə danışırıq. Bu da çox çətin işdi. Hər zaman alınmır. Bəzən bir nəsil gəlir, Qaralar, Maksimlər yetişir. Sonra 4-5 il futbolçu yetişmir. Mənim istəyim budu ki, öz resurslarımızdan istifadə edək. Xaricdən futbolçu gətirmək hər il çətinləşir. Avropanın hər yerində klubların büdcəsi çoxalıb. Artıq futbolçular biz tərəflərə gəlmək istəmir. 


- İlk oyundakı hadisələrə görə AEL rəhbərliyindən kimsə sizdən üzr istədi?
- Xeyr. O marka heç bir ünsiyyətim olmayıb. Amma Kiprdən nə vaxt qonağımız gəlsə, biz onları Azərbaycan mədəniyyətinə yaraşan şəkildə qarşılaladıq. Heç onların üzrü də lazım deyil. Biz cavabı bu gün verdik. Mənim ürəyim rahatdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right