Azərbaycanın ən baxımlı telekanallarından olan ATV-də yeni futbol verilişi açılır.
Newsport.az-ın məlumatına görə, hər həftənin bazar ertəsi saat 23:15-də başlanacaq veriliş “Futbolumuz” adlanır. Adından da göründüyü kimi, mövzu ölkə futboluna həsr olunacaq. Verilişdə Premyer Liqada turun oyunlarının təhlili, millimizin çıxışı, futbolumuzda gündəm olan hadisələr müzakirə olunacaq.
Verilişin layihə rəhbəri tanınmış idman telejurnalisti Emin Abbasovdur. Son 1 ili “CBC Sport”da ekspert kimi çalışan Abbasov bundan sonra fəaliyyətini ATV-də davam etdirəcək.
Verilişin ilk buraxılışı avqustun 16-da efirə gedəcək.