Tuyqun Nadirov transfer siyahısında olan futbolçulardan danışdı: "Xəzər Lənkəran"a heç bir futbolçu şərt qoya bilməz"

"Xəzər Lənkəran" elə bir klubdur ki, hansısa futbolçu ona şərt qoya bilməz. "Xəzər Lənkəran" özü şərt qoyur. Səlahət Ağayev yaxşı, perespektivli qapıçıdı. Onunla danışığımız olacaq. Şərtlərimizi açıqlayacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri idmanxeber.com-a açıqlamasında "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuiyqun Nadirov deyib.

Cənub klubunun rəsmisi transfer siyahısında 20 futbolçunun olduğunu bildirib:

"Bizim transfer siyahımızda 21 futbolçu var idi. Sonradan bir futbolçu başqa kluba keçdi. Hazırda Səlahət Ağayev bizim transfer etmək istədiyimiz 20 futbolçudan biridi. Yunis Hüseynov və digər klub rəsmiləri Afrikada oldular. Futbolçu seçimlərimiz, danışıq apardıqlarımız var. Bundan əlavə Cənubi Amerika və Avropadan da bir neçə futbolçunu diqqətdə saxlamışıq. İspaniya, Portuqaliyadan olan futbolçularla maraqlanırıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right